Veb saytlar, mobil tətbiqlər və biznes sistemləri — bir komandadan. Siz yatanda belə saytınız satır, biz isə 24/7 yanınızdayıq. Ay kimi.
Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir.
Komandamız 2018-ci ildən fəaliyyət göstərir. İllər ərzində müxtəlif brendlər altında onlarla layihə həyata keçirmiş, təcrübəmizi və komandamızı formalaşdırmışıq — bu yolun bugünkü mərhələsi Ay Moon Digital Agency-dir.
Yerli və beynəlxalq müştərilər üçün veb saytlar, mobil tətbiqlər və biznes sistemləri hazırlayırıq. Layihələrimizin bir hissəsi — o cümlədən dövlət qurumları və korporativ müştərilər üçün — məxfilik razılaşması (NDA) əsasında icra olunur.
Bizim üçün hər layihə ölkənin rəqəmsal inkişafına kiçik bir töhfədir: biznesiniz onlayn güclənirsə, iqtisadiyyat da güclənir.
İş prinsipimiz sadədir: qiymət əvvəlcədən razılaşdırılır və dəyişmir, hər mərhələdə nəticəni görürsünüz, təhvildən sonra isə tək qalmırsınız.
2018-dən bəri sınaqdan keçmiş proseslər və komanda.
Dövlət və korporativ layihələrdə NDA standartları.
Qiymət əvvəlcədən razılaşdırılır, gizli ödəniş yoxdur.
Təhvildən sonra da yanınızdayıq — dəstək dayanmır.
Layihəni dizayndan kodlaşdırmaya, yerləşdirmədən dəstəyə qədər tam dövrədə aparırıq — aralarda itən heç nə olmur.
Landing page-dən korporativ portala qədər — sürətli, mobil uyğun və SEO hazırlıqlı.
iOS və Android üçün React Native əsaslı tətbiqlər — bir kod bazası, iki platforma.
Onlayn mağaza, ödəniş inteqrasiyası, məhsul idarəetməsi və sifariş izləmə sistemi.
CRM, anbar və HR sistemləri — kağız-qələm prosesləri rəqəmsala keçirin.
İstifadəçini saxlayan dizayn və Google-da tapılan sayt — ikisi birlikdə işləyir.
Instagram və digər şəbəkələrin idarə edilməsi — kontent plan, dizayn, hesabat.
Hər layihə dörd fazadan keçir — yeni aydan bütöv aya. Hər fazanın sonunda nəticəni görür və təsdiq edirsiniz.
Tələblər, bazar və rəqib araşdırması, texniki plan.
UI/UX prototip, rəyiniz əsasında son dizaynın təsdiqi.
Frontend + backend kodlaşdırma, inteqrasiyalar, test.
Yerləşdirmə, təlim, sənədləşmə və pulsuz dəstək dövrü.
Qiymət əvvəlcədən razılaşdırılır və layihə boyu dəyişmir. Ödəniş mərhələlidir: başlanğıcda avans, təhvildə qalan hissə.
3 sadə sual — qiymət dərhal görünür, bir kliklə WhatsApp-la bizə göndərirsiniz. Yazmağa ehtiyac yoxdur.
Layihələrimizin bir hissəsi məxfilik razılaşması (NDA) əsasında hazırlanır — burada yalnız paylaşıla bilən istiqamətləri göstəririk.
Mühasibatlıq, vergi və audit şirkəti üçün korporativ sayt — xidmət kataloqu, məqalələr bölməsi və onlayn görüş sistemi.
Amerika bazarı üçün keramika məhsulları platforması — məhsul kataloqu, onlayn kataloq və sertifikat bölmələri.
Quşçuluq təsərrüfatı üçün tanıtım və sifariş saytı — məhsul təqdimatı və topdan sifariş sistemi.
Daxili sənəd dövriyyəsi və idarəetmə sistemi — detallar məxfilik razılaşması ilə qorunur.
Satış və müştəri idarəetməsi platforması — korporativ müştəri üçün xüsusi hazırlanıb.
Stok, barkod və çoxfilial izləmə həlli — sifarişçinin tələbi ilə açıqlanmır.
Ölkə gündəmi və texnologiya xəbərləri — 3 canlı mənbədən, real foto və istinadla. Xəbərə klikləyəndə orijinal sayta keçirsiniz.
Ən son işlərimiz, kampaniyalar və pərdə arxası — hamısı Instagram səhifəmizdə. İzləyin, layihələrimizi canlı görün.
Yazmaq lazım deyil — 3 addımda hazır variantlardan seçin, sonda brif bir kliklə birbaşa bizə göndərilir.
Standart layihələr 7–14 iş günü ərzində hazır olur. Dəqiq müddət mürəkkəblikdən və seçdiyiniz çatdırılma sürətindən asılıdır — yuxarıdakı hesablayıcı ilkin təxmin verir.
Mərhələli: layihənin başlanğıcında avans, təhvil zamanı qalan hissə. Bank köçürməsi və digər rahat üsullar mümkündür. Qiymət əvvəlcədən razılaşdırılır və dəyişmir.
Bəli. Admin panel və CMS ilə mətnləri, şəkilləri və məhsulları özünüz yeniləyirsiniz. Təhvil zamanı istifadə təlimi də veririk.
Paketdən asılı olaraq 1–6 ay pulsuz texniki dəstək daxildir. Sonrasında aylıq dəstək paketi ilə davam etmək mümkündür.
Bəli — seçim, alış və quraşdırılma bizdədir. Mövcud hostinqiniz varsa, layihəni ora da yerləşdiririk.
Yazın — 24 saat ərzində cavablayırıq. İlk məsləhət pulsuzdur.